00:00:00
Yazar
Admin User
31.05.2025 13:22 170 1 dəq oxuma
İdman

Flippo İnzaqinin yeni klubu bəlli olub

Flippo İnzaqinin yeni klubu bəlli olub

İtaliya A Seriyasına yüksəldikdən sonra klubu tərk etmək qərarına gələn "Piza"nın baş məşqçisi Filippo İnzaqi B Seriyasında çalışmağa qərar verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

 

Mənbənin məlumatına görə, mütəxəssis B Seriyasını səkkizinci pillədə başa vuran "Palermo"ya rəhbərlik edəcək. Müqavilə üç il müddətinə olacaq.

 

"Piza"nın artıq yeni məşqçi axtarışına çıxdığı, Alberto Cilardino və Andrea Pirlonun, həmçinin "Verona"nın baş məşqçisi Paolo Zanettinin namizəd olduğu bildirilir.


Filippo İnzaqi məşqçilik karyerasında "Piza" ilə yanaşı, "Venesiya", "Bolonya", "Benevento", Breşiya", "Reccina" və "Salernitana"da da çalışıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər