Floridada karantin qərarı-SƏBƏB
Amerikanın Florida ştatının Brovard şəhərində ən təhlükəli növlərdən biri kimi tanınan “nəhəng Afrika ilbizləri” səbəbi ilə bəzi məhəllələr karantinə alınıb.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, karantin nəhəng Afrika ilbizinin, həmçinin tərkibində müxtılif tullantıları olan bitkilərin rəsmi icazə olmadan başqa əraziyə daşınmasını qadağan edir.
Karantin bölgəsində iki müalicə mərkəzinin yaradıldığını elan edən rəsmilər Florida kənd təsərrüfatına və təbii ərazilərə zərər verə biləcək bu ilbizlərin çoxalmasının qarşısını almaq üçün evlərdə təsdiqlənmiş ilbiz yemi növündən istifadə etməyi planlaşdırır. İlbizlərin kalsiumdan ibarət qabıqlarının iti kənarları nəqliyyat vasitələrinin təkərlərini partladacaq gücə malikdir.
Qeyd edək ki, ən təhlükəli 100 növdən biri olan nəhəng Afrika ilbizi zərərvericilərlə bağlı problemlərin ən böyük səbəbi hesab edilir və kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurur.
Şəbnəm
