00:00:00
Yazar
Admin User
18.08.2025 14:51 61 1 dəq oxuma
Dünya

Fələstin baş naziri: Qəzza üçün müvəqqəti komitə yaradılacaq

Fələstin baş naziri: Qəzza üçün müvəqqəti komitə yaradılacaq

Fələstinin baş naziri Məhəmməd Mustafa tezliklə Qəzza zolağının idarə olunması üçün müvəqqəti komitə yaradacaqlarını açıqlayıb. Misirdə rəsmi səfərdə olan Fələstin baş naziri Mustafa Misirlə Qəzza arasındakı Rəfah sərhəd keçid məntəqəsində Misirin xarici işlər naziri Bədr Əbdüləti ilə mətbuat konfransı keçirib.


“Qəzza zolağının idarəsi üçün yaxın vaxtlarda müvəqqəti komitə quracağıq",-deyən Mustafa, Qəzzada olan Rəfah sərhəd-keçid məntəqəsinin xalq üçün həyata bir qapı olması lazım olduğunu, İsrailin aclıq və köçkün siyasətlərinin qəbuledilməz olduğunu vurğulayıb.


“Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətinə son qoymağa məcbur etməlidir”, - deyən Mustafa, məqsədlərinin Qəzzanın iki tərəfini birləşdirmək olduğunu bildirib. Baş nazir Mustafa bildirib ki, Qəzzada müharibəni bitirmək və yenidənqurma işlərinə başlamaq üçün vaxt itirməyə vaxt yoxdur. Qəzza zolağında “mütəşəkkil siyasi struktur” yaratmaqdansa, mövcud rəsmi qurumların canlandırılmasını təmin edəcəklərini bəyan edib. Fələstin baş naziri həmçinin Qəzzanın yenidən qurulması üçün Qahirədə konfrans təşkil etmək üçün Misirlə əməkdaşlığı davam etdirdiklərini bildirib.


TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər