Fələstinin Baş naziri və Misirin xarici işlər naziri Antalyada “Qəzza atəşkəsi”ni müzakirə ediblər
Fələstinin baş naziri Məhəmməd Mustafa Misirin xarici işlər naziri Bədr Əbdüləti ilə İsrailin hücumu altında Qəzza zolağında atəşkəsin bərpası və fələstinlilərə qarşı hücumların dayandırılmasını müzakirə edib.
Fələstin Baş naziri Mustafa və Misirin xarici işlər naziri Əbdüləti Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində gəldikləri Antalyada görüşüblər.
Mustafa və Əbdüləti Qəzzada atəşkəsin bərpası və İsrailin fələstinlilərə hücumlarının dayandırılması səylərini müzakirə edib, həmçinin İsrail ordusu ilə işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən israillilərin hücumlarını müzakirə ediblər.
Qəzzanın yenidən qurulması prosesini qiymətləndirən ikili, Qəzza ilə bağlı beynəlxalq səviyyəli təşəbbüslərdə birgə koordinasiyanın davam etdirilməsinin vacibliyinə diqqət çəkib.
Rəsmilər Şərqi Qüds də daxil olmaqla, Qəzza zolağı və İordan çayının qərb sahilindən fələstinlilərin məcburi köçürülməsinin rədd edilməli və işğala son qoyulmalı, müstəqil Fələstin Dövləti qurulmalı olduğunu vurğuladılar.
Mənbə:CNN Türk
Əminə Əliyeva