00:00:00
Yazar
Admin User
19.12.2025 05:08 93 1 dəq oxuma
Dünya

Fon der Leyen Rusiya aktivlərinin blokdan çıxarılması şərtini açıqlayıb

Fon der Leyen Rusiya aktivlərinin blokdan çıxarılması şərtini açıqlayıb

Rusiyanın Avropa İttifaqındakı dondurulmuş aktivlərinin blokdan çıxarılması indi yalnız təşkilat ölkələrinin ixtisaslı əksəriyyətinin sammitdə lehinə səs verəcəyi təqdirdə mümkündür.

 

"İnformator.az" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.

 

"Əvvəllər, ən azı bir Aİ ölkəsi müddəti uzatmaqdan imtina edərsə, Rusiyanın aktivləri dondurula bilərdi. İndi Rusiya təzminat ödəyənə qədər aktivləri dondurulur. Hazırda onların dondurulması yalnız Aİ ölkələrinin ixtisaslı əksəriyyətinin qərarı ilə mümkündür", - deyə o bildirib. 

İxtisaslı çoxluq o deməkdir ki, Aİ əhalisinin 55%-dən çoxunun yaşadığı Aİ ölkələrinin 60%-i (27-dən 16-sı) lehinə səs verməlidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər