00:00:00
Yazar
Admin User
01.09.2025 07:02 91 1 dəq oxuma
Dünya

Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib

Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi Cəlalabad şəhəri yaxınlığında 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı 250 nəfər həyatını itirib.


Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi Cəlalabad şəhəri yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.

 

ABŞ Geoloji Tədqiqatlar Mərkəzi bildirib ki, 6 bal gücündə zəlzələ ölkənin Pakistan sərhədi yaxınlığında baş verib.

 

Zəlzələ Cəlalabaddan 27 kilometr şimal-şərqdə, yerin 8 kilometr dərinliyində qeydə alınıb.

 

Zəlzələ nəticəsində ən azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

 

Axtarış və xilasetmə işləri davam edir.


TRT haber
Arzu ibrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər