Əfqanıstanda ibtidai təhsil alan 77 qız zəhərləndi
Əfqanıstanın şimalın yerləşən iki ibtidai məktəbdə şənbə və bazar günləri 77 qız şagirdin zəhərləndiyi haqqında məlumat yayılb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Hər iki ibtidai məktəb bir-birinə yaxın yerləşir və ardıcıl olaraq hədəfə alınıb. Zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti yaxşıdır", - deyə əyalətin təhsil müdiri Məhəmməd Rəhmani bildirib.
Rəhmani hadisə ilə bağlı istintaq başladıldığını və ilkin təsbitlərə görə, hadisəyə səbəb olan şəxsin “şəxsi düşmənçilik” məsələsinə görə bu addımı atdığı deyilir. Polisdən verilən açıqlamaya əsasən, hadisəni törədənin şəxsiyyəti və təfərrüatlar açıqlanmasa da, hələlik heç kimin saxlanılmadığı bildirilib.
Fatimə Mustafayeva
