00:00:00
Yazar
Admin User
08.06.2023 19:52 314 1 dəq oxuma
Dünya

Fransa bıçaqlı hücumunda terror sübutu tapılmadı

Fransa bıçaqlı hücumunda terror sübutu tapılmadı

Bu gün Fransada baş verən bıçaqlı hücumda heç bir terror sübutunun olmadığı açıqlanıb.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, səhər saatlarında Fransanın Ansi şəhərindəki parkda törədilən bıçaqlı hücumda hələ də terror dəlillərinin tapılmadığı bildirilib. Baş nazir Borne də hücumda biri ingilis, biri alman olmaqla 4 uşağın, ümumilikdə 6 nəfərin yaralandığını, yaralı uşaqların vəziyyətinin ağır olduğunu bildirib.

 

Borne qeyd edib ki, şübhəli bilinən şəxs İsveçdə qaçqın statuslu suriyalı olub. Digər tərəfdən Fransa mətbuatında polis mənbələrinə əsaslanan xəbərlərdə 1991-ci il təvəllüdlü şübhəlinin xristian olduğu və hücum zamanı ingiliscə iki dəfə "İsa Məsihin adı ilə" qışqırdığı bildirilib.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər