Fransa Livan Mərkəzi Bankının sədrini müsadirə edib
Fransa məhkəmə sistemi barəsində korrupsiya işi açılan Livan Mərkəzi Bankının sədri Riyad Salamenin bu ölkədəki bütün var-dövlətlərinin müsadirə edilməsi tələbini qəbul edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA ədliyyə naziri Henri Hurinin Salame ilə bağlı yazılı açıqlamasını verib. Açıqlamada bildirilib ki, Livan dövləti tərəfindən təyin edilən vəkillərin Selamenin Fransadakı bütün varlıqlarına müsadirə edilməsi tələbi Fransa məhkəməsi tərəfindən qəbul edilib.
Parisdə mayın 16-da Selame haqqında "çirkli pulların yuyulması, mənimsənilməsi və korrupsiya" ittihamı ilə açılan iddiada məhkəmə "beynəlxalq həbs" qərarı verib. Fransadan sonra Almaniya məhkəmə sistemi də eyni ittihamlarla mayın 30-da Selame üçün beynəlxalq həbs qərarı verib.
Livanda toxunulmazlığı olan Selame üçün mayın 24-də Livan məhkəməsi tərəfindən ikinci dəfə beynəlxalq səyahət qadağası qoyulmuş, Fransa və Livan pasportları müsadirə edilib.
Livan Mərkəzi Bankının sədri Salame ilk dəfə 2021-ci ilin yanvarında İsveçrənin məhkəmə orqanları tərəfindən “mənimsəmə, çirkli pulların yuyulması və korrupsiya” ittihamı ilə mühakimə olunub. İsveçrə Baş Prokurorluğu bildirib ki, Salamenin qardaşı Raja Selameyə məxsus Forry Company Livan Mərkəzi Bankına məxsus avrobond və xəzinə veksellərinin satışından 2002-2014-cü illərdə 326 milyon dollar rüsum və komissiya alıb.
Digər tərəfdən, Livan Baş Prokurorluğu İsveçrənin araşdırma tələbi üçün Livandan kömək istəməsindən sonra 2021-ci ilin aprelində Selame-yə qarşı iddia qaldırıb. Selame 17 noyabr 2021-ci ildə bir şirkətin bütün investisiyalar və pul köçürmələri ilə bağlı sənədləri yoxladığını və onları məhkəmə orqanlarına təqdim edəcəyini açıqlayıb.
Cəbəl Livan Məhkəməsinin Baş Prokuroru Gade Avn 11 yanvar 2022-ci ildə Riyad Salame üçün səyahət qadağası tətbiq edildiyini və 19 fevral 2022-ci ildə Salamenin yaşadığı Livanın Metn bölgəsindəki bütün əmlakını dondurmaq qərarına gəldiyini açıqlayıb.
