Fransada 17 yaşlı gənci öldürən polis barədə yeni qərar!
Fransa məhkəməsi 17 yaşlı yeniyetməni öldürən polisin həbsinin davam etdirilməsinə qərar verib.
Fransada Versal Apellyasiya Məhkəməsi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı Nael M-ni tapançası ilə öldürən polis məmurunun azadlığa buraxılması tələbini rədd edib və onun həbsinin davam etdirilməsinə qərar verib.
İnformator.az TRT Haber-ə istinadən bildirir ki, Digər tərəfdən, Daxili İşlər Nazirliyinin məlumatlarına görə, Naelin ölümündən sonra başlayan etirazlarda 2 min 508 bina, eləcə də 12 min 31 avtomobil yandırılıb və ya zərər görüb.
Aydan Qasımova
