Fransada etirazlar altıncı günündə davam edir
Fransada qarşıdurmaların altıncı günündə həyat yavaş-yavaş normala dönməyə başlayıb.
CNN müxbirlərinin Fransanın paytaxtı Parisdən verdiyi açıqlamada bildirilib ki, ötən beş günlə müqayisədə dünən gecə daha sakit keçib.
Açıqlamada Fransada ikitərəfli yardım kampanyası başladıldığı ifadə edilib. Bir qrup insan polisin ailəsi, digər qisim isə iğtişaşların başlanmasının səbəbkarı Nahelin ailəsi üçün yardım kampaniyası başladıb. Verilən açıqlamada gündüzlərin sakit keçdiyi, iğtişaşların daha çox gecələr gerçəkləşdiyi bildirilib.
Qeyd edək ki, ölkə prezidenti Makron hökumətə “Ölkədə sükutun yenidən təmini üçün hər şeyi edin” deyə bir göstəriş verib.
