00:00:00
Yazar
Güllər Gülhüseynova
28.06.2026 16:35 18 1 dəq oxuma
Dünya

Fransada istilərə görə ötən illərdən daha çox ölüm halları qeydə alınıb

Fransada istilərə görə ötən illərdən daha çox ölüm halları qeydə alınıb

Fransada ekstremal istilər səbəbindən iyunda ötən illərin analoji dövrləri ilə müqayisədə 1000 daha çox ölüm halı qeydə alınıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

 

Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Agentlik qocalar evlərindən və internatlardan məlumatlar daxil olduqdan sonra məyusedici göstəricinin artacağını istisna etməyib.

 

Fransanın səhiyyə naziri Stefani Rist xəbərdarlıq edib ki, istilərin fəsadları temperatur aşağı düşdükdən sonra 10 günədək öz təsirini göstərə bilər. "Bu, hələ başa çatmayıb", - o bildirib.

 

Agentlik qeyd edir ki, istilər şərqə doğru irəliləyir. Fransanın əksər regionlarında temperatur enib, lakin şimal-şərqdə hava təhlükəsi ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır. Hakimiyyət orqanları vətəndaşları ehtiyat tədbirlərinə riayət etməyə və yaşlı insanlara diqqət ayırmağa çağırır.

#halları #qeydə #alınıb #fransada #daha
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər