00:00:00
Yazar
Admin User
08.06.2023 12:00 277 1 dəq oxuma
Dünya

Fransada parkda bıçaqlı hücum: 4-ü uşaq olmaqla 6 nəfər yaralandı

Fransada parkda bıçaqlı hücum: 4-ü uşaq olmaqla 6 nəfər yaralandı

Fransada parkda bıçaqlı hücum nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər yaralanıb.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, yerli mətbuata danışan hadisə şahidi 3-4 yaşlı uşaqlara həkim qruplarının müdaxilə etdiyini gördüyünü deyib.

 

Fransa prezidenti Emmanuel Makron yaralananlar arasında böyüklərin olduğu barədə məlumat paylaşıb.
Xəsarət alanların sayı və onların kimliyi ilə bağlı hələlik dəqiq məlumat verilməyib.

 

Associated France Press hücumla bağlı ilk xəbərində təhlükəsizlik mənbələrindən aldığı məlumata əsasən, 6-sı uşaq olmaqla 6 nəfərin yaralandığını bildirdi. Yerli hakimiyyət orqanları isə yaralıların sayının 8 olduğunu açıqlayıb.

 

Hücum edən şəxsin Abdalmash adlı 31 yaşlı suriyalı miqrant olduğu bilirilib. Onun İsveçə 10 il əvvəl gəldiyi və isveçli qadınla ailə həyatı qurduğu və 3 yaşlı övladının olduğu məlumatları yayılıb. Onun Fransaya iki ay öncə gəldiyi qeyd olunub.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər