Fransada polen allergiyasına qarşı 81 bölgədə CİDDİ XƏBƏRDARLIQ
Fransada havada tozcuq qarışımının artması ilə əlaqədar 81 bölgədə allergik vəziyyətə qarşı “qırmızı xəbərdarlıq” elan edilib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Milli Aerobiologiya Müşahidə Şəbəkəsindən verilən açıqlamaya görə, tozcuqlar ölkənin əksər hissəsində təsirli olmaya başlayıb. Tozcuqların allergik vəziyyətə səbəb olması riskinə qarşı şimal və şimal-qərb bölgələrində orta səviyyəli “sarı həyəcan”, riskin yüksək olduğu 81 bölgədə isə ən yüksək “qırmızı həyəcan” təyin edilib.
Xüsusilə yaz aylarında bitki və çiçəklər vasitəsilə havaya qarışan çiçək tozcuqları başda tənəffüs yolları olmaqla bir çox allergik xəstəliklərə səbəb ola bilər.
Qeyd edək ki, Fransada əhalinin 25 faizi tənəffüs yollarının allergik xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin əsas səbəblərindən biri də polen hesab edilir.
