Ərdoğan: Demokratiyanın ön cəbhəsində dayanan muxtarlarla əlaqələrimizi daim canlı saxladıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində keçirilən Muxtarlar Günü görüşündə bu günə qədər 40 mindən çox muxtarla bir araya gəldiklərini bildirib.
Ərdoğan çıxışında deyib: “12 il ərzində demokratiyanın ön cəbhəsində dayanan muxtarlarla zirvəsi Prezidentlik olan qurum arasındakı əlaqəni hər zaman canlı və möhkəm saxladıq”.
Prezident Ərdoğan Prezident Kompleksində təşkil olunan Muxtarlarla Görüşdə Türkiyənin dörd bir yanından gələn muxtarlarla bir araya gəlib.
Çıxışına bütün muxtarları 19 Oktyabr – Muxtarlar Günü münasibətilə təbrik etməklə başlayan Ərdoğan, Türkiyənin 81 vilayətində fəaliyyət göstərən muxtarlara ölkə və türk xalqı naminə göstərdikləri səylərə görə təşəkkür edib. Vəfat edən muxtarları rəhmətlə yad edən Ərdoğan, vəzifədə olanlara isə uğurlar arzulayıb.
Muxtarları “millətin evi” adlandırdığı Prezident Kompleksində qəbul etməkdən məmnunluğunu ifadə edən Ərdoğan ilk muxtarlar görüşünün 27 yanvar 2015-ci ildə keçirildiyini xatırladıb. Həmin görüşdə 17 vilayətdən 409 muxtarın iştirak etdiyini bildirib.
TRT Haber
Səadət Əlizadə