00:00:00
Yazar
Admin User
03.07.2023 19:05 372 1 dəq oxuma
Dünya

Fransadakı etirazlar İtaliyanı təşvişə saldı

Fransadakı etirazlar İtaliyanı təşvişə saldı

Son günlər iğtişaşların baş verdiyi Fransadakı mənzərə qonşu İtaliyanı da təşvişə salıb.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonyo Tajani bildirib ki, Fransada başlayan etiraz aksiyalarının digər bölgələrə yayılmasının qarşısı alınmalıdır.

 

Tajani Fransadakı İtaliya vətəndaşlarına təhlükəsizlik qüvvələrinin tapşırıqlarına əməl etməklərini və münaqişə bölgələrindən uzaq durmaqlarını tövsiyə edib. Bundan başqa, nazir Avropanın qeyri-qanuni miqrasiya ilə bağlı daha çox həmrəylik nümayiş etdirməli olduğunu bildirib.

 

Qeyd edək ki, Əlcəzair əsilli 17 yaşlı Nahel polis gülləsinə tuş gəlib və nəticədə həyatını itirib. Nahelin ölümündən sonra Fransada başlayan nümayişlər böyük dağıntılara səbəb olub. Bu gün etibarilə Fransa iğtişaşların altıncı gününü yaşayır. Ötən günlərə nisbətən bu günün daha sakit keçməsinə rəğmən, hələ ki Fransa hökuməti tam sabitliyi bərqərar edə bilməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər