Fransalı nazir Kiyevə gedir: AB üzvlüyü...
Fransa Xarici İşlər Nazirliyi yanında Avropa məsələləri üzrə nazir Benjamin Addad sentyabrda Ukraynaya səfər edəcək.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Addad jurnalistlərə açıqlamasında deyib:
“Biz müntəzəm əlaqələr saxlayırıq, xüsusən də Ukraynanın AB-yə daxil olması prosesində ona dəstək olmaq üçün.. Fransa bu yolda Ukraynanı dəstəkləyir. Məsləhətləşmələrimizi davam etdirmək üçün sentyabrda Ukraynada olacağam. Onların məqsədi danışıqların birinci mərhələsinə mümkün qədər tez başlamaqdır”.