Fransanın Nigeriya istismarı
Fransada irqçilik zəminində son 7 gündə yaşanan və bütün dünyada səs-səda yaradan 17 yaşlı Əlcəzairli gəncin polis məmuru tərəfindən silahla öldürülməsi hadisəsi Fransanın müstəmləkəçilik siyasətini bir daha gündəmə gətirib. Fransanın müstəmləkəçilik siyasətinin hələ də davam etdiyi ölkələrdən biri də Nigeriyadır. İnformator.az Nigeriyada Fransa müstəmləkəçilik siyasətinin mənzərəsini oxuculara təqdim edir...
Nigeriya Qərbi Afrikada yerləşən bir ölkədir. Sahara səhrasının cənubunda yerləşir. Ölkənin paytaxtı Niameydir. Təxminən 25 milyon əhalisi olmağına baxmayaraq, əhalinin böyük bir hissəsi aclıqla üz-üzədir. Onlar həyatda qalmaq üçün hər gün mübarizə aparırlar. Şəhər mərkəzində yaşayanların vəziyyəti nisbətən daha yaxşı olsa da, ancaq kəndlərdə həyat şəraiti çox çətindir.
Nigeriya 1921-ci ildə Fransız Qərbi Afrikasının müstəmləkə sisteminə daxil edilməklə, Fransanın müstəmləkəsinə çevrilib. Bundan sonra Fransanın təsiri bütün ölkədə görünməyə başlayıb. Ölkə 1960-cı ildə müstəqilliyini elan edib. Lakin bu müstəqillik kağız üzərində qalıb, Fransanın istismarı bitməyib.
Afrika qitəsi yeraltı sərvətlər baxımından çox zəngin təbii resurslara malikdir. Nigeriya da belə ölkələrdən biridir. Dünyada dördüncü ən böyük uran ehtiyatına malik ölkələr siyahısındadır.
1968-ci ildə fəaliyyətə başlayan Fransa enerji şirkəti illik gücü 2300 ton olan uran mədənində fəaliyyət göstərir. Bu sadəcə bir nümunədir. Bu kimi daha bir neçə şirkət hələ də fəaliyyət göstərir.
Fatima
