Füceyrə limanında PUA hücumundan sonra neft yükləmə əməliyyatları dayandırılıb
Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanında neft yükləmə əməliyyatları bu gün pilotsuz uçuş aparatının hücumundan sonra dayandırılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, bu, son üç gün ərzində Füceyrəyə ikinci PUA hücumudur.