00:00:00
Yazar
Admin User
16.05.2023 15:55 316 1 dəq oxuma
Dünya

Futbol meydançasına silahlı hücum: 6 nəfər güllələnərək öldürüldü

Futbol meydançasına silahlı hücum: 6 nəfər güllələnərək öldürüldü
Meksikanın Hidalqo ştatında futbol meydançasına silahlı basqın nəticəsində 3-ü 18 yaşdan kiçik olmaqla 6 nəfər həlak olub.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, polis rəisi Alejandro Rosales bazar günü əyalətin Atotonilko de Tula şəhərində futbol meydançasına silahlı hücum olduğunu bildirib.
 
Hücum nəticəsində 6 nəfərin öldüyü, onlardan 3-nün 18 yaşdan kiçik olduğu bildirilib. Hadisə şahidləri xəsarət alanların da olduğunu qeyd ediblər.
 
Səlahiyyətlilər hücumun səbəbi ilə bağlı məlumat paylaşmasa da, yerli sakinlər hadisənin qonşu əyalətdəki insanlarla düşmənçilik zəminində inkişaf edə biləcəyini iddia ediblər.
 
Qeyd edək ki, Meksikanın Morelos əyalətində 2022-ci ilin sentyabrında silahlı şəxslərin futbol matçı zamanı azarkeşlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.
 
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər