00:00:00
Yazar
Admin User
27.05.2025 17:07 209 1 dəq oxuma
Sosial

Günəş ləkələrindən qorunma yolları

Günəş ləkələrindən qorunma yolları

Günəş ləkələri, dəridə rəng dəyişikliyinə səbəb olan və əsasən ultrabənövşəyi (UV) şüalara uzun müddət məruz qalmaq nəticəsində yaranan piqment ləkələridir.

 

Mövzu ilə bağlı dermatoloq Bəxtiyar Paşayev "İnformator.az"a açıqlamasında bildirib ki, əsasən birinci və ikinci protatip, yəni daha açıq bənizli insanlar günəş ləkələrinə daha çox meyillidirlər:

 

"Çünki onların dərisində melonin az olduğu üçün günəşin şüalarını yaxşı əks etdirə bilmir. O zaman günəş yanıqları və ləkələrin yaranma ehtimalı daha yüksək olur. Günəşdən qorunmaq üçün müəyyən kremlerdən istifadə etmək, onu hər iki saatdan bir yeniləmək lazımdır. Həmçinin günəşdən qorunmaq üçün papaqlardan, xüsusi baş geyimlərindən istifadə etmək olar. Günəşin ən zərərli olduğu vaxtlar saat on birdən dördə kimidir. Bu saatlarda günəşə çıxmamaq məsləhət görülür".


Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər