00:00:00
Yazar
Admin User
02.09.2025 14:40 206 4 dəq oxuma
Siyasət

Gürcüstan ABŞ ilə münasibətləri inkişaf etdirmək istəyir

Gürcüstan ABŞ ilə münasibətləri inkişaf etdirmək istəyir

Gürcüstanın Baş Naziri İrakli Kobaxidze ABŞ ilə münasibətlərin bərpasına maneə ola biləcək əsas amilin "dərin dövlət"in təsiri olduğunu bildirib. O, Prezident Mixail Kavelaşvilin Donald Trampa göndərdiyi məktubda Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığı bərpa etmək istədiyini vurğulayıb.


Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bu barədə geniş məlumat verib:


"Gürcüstan üçün indiki şəraitdə bütün ölkələr ilə, güc mərkəzləri ilə, böyük dövlətlər ilə münasibətlərin normal vəziyyətdə olması vacib bir tələbə çevrilib. Çünki Gürcüstan Respublikası indiki şəraitdə yenidən öz xarici siyasət baxışlarını tərtib edir, bəzi əvvəllər yer almış norma və tələbləri nəzərdən keçirir, yeni parametrlər və paradiqmalar formalaşdırır.


Bu vacib məsələdir, hər bir dövlətin, təbii ki, maraqları daimidir, amma müraciətlər dəyişilə bilər, çünki onlar da maraqlardan irəli gələn bir şeydir və nəhayət, bəzi hallarda da başqa dövlətlərin buna münasibəti artıq vəziyyəti həm şərtləndirir, həm də vəziyyəti diktə edir.


Bəllidir ki, Gürcüstanın indiki hakimiyyəti bölgə dövlətləri ilə balanslı bir münasibət qurmağa istiqamət götürür. Bəli, bir vaxtlar - 2008-ci ildə Rusiya ilə müharibələr oldu, bütün münasibətlər, əlaqələr kəsildi, hətta ziddiyətli yanaşmalar oldu. Bu təbiidir, müharibələrdən sonra onların qoyduğu yaralar tez sağalmır. Amma indiki şəraitdə, artıq Gürcüstan başa düşür ki, o da, baxmayaraq ki, özünün Ermənistanla müqayisədə daha əlverişli geoiqtisadi, geosiyasi vəziyyəti və coğrafiyası var, onun da özünəməxsus problemləri var ki, onların yaşanması xeyli itkilər, xeyli problemlər yaradır.


İlk növbədə, hər bir dövlətin birinci müttəfiqi onun coğrafiyasıdır, yəni Gürcüstan da Rusiya ilə sərhəddir. Və o coğrafiyanın da bütün üstünlüklərinin hamısı: xarici və daxili bölgə siyasətlərində istifadə olunmalıdır və Gürcüstan ilə Rusiyanın münasibətlərində bu çöküş heç də bu ölkəyə üstünlük gətirmir. Qeyri-rəsmi rəhbər olaraq o anlayır ki, Rusiyada xeyli gürcüstanlı yaşayır və onların da çoxu Gürcüstan vətəndaşıdır, bu da Gürcüstanın xeyirinədir. Onlar Rusiyada işləyib, valyuta köçürmələrini Gürcüstana edirlər və bu da Gürcüstan xalqının sosial və maddi durumuna xeyli dəstək olur.


Digər tərəfdən iqtisadi baxımdan Gürcüstanın Rusiya ilə əlaqələrinin olmaması bir çox çətinliklər yaradır. Kommunikasiyalar bağlıdır və mal dövriyyəsi çox cüzidir. Bütün bunlara görə Kobaxidze başa düşür ki, bu proseslər köklü sürətdə dəyişikliklər tələb edir. Bu dəyişikliklərə də ilk növbədə Rusiya ilə etimad mühitinin formalaşması daxildir.


Ona görə də bu zəmində Qərb Dövlətləri və ABŞ Gürcüstanı gözümçıxdıya salır. Çünki onlar Gürcüstanı sırf qərb yönümlü bir dövlət kimi görürdülər və Gürcüstanın açıq siyasət yeritməsi onlara sərf etmir. Son parlament seçkilərində də biz gördük ki, nə dərəcədə xarici strukturlar, xarici təşkilatlar, başqa dövlətlər Gürcüstanın daxili işinə qarışırdılar ki, seçkilərin nəticələrini sırf qərbpərəst qüvvələrin xeyrinə bitirsinlər, amma bu alınmadı.


ABŞ ilə münasibətlər Gürcüstana lazım idi, onlar ABŞ-dən dəstək alırdılar: həm hərbi sahədə, həm humanitar sahədə. İqtisadi zəmində də onların əlaqələri var idi.


ABŞ-nin dəstəyi Gürcüstan üçün çox böyük əhəmiyyət kəsb edir. Təbii ki, indi Gürcüstan Azərbaycanın yolu ilə getmək istəyir ki, həm qərblə, həm də şərqlə balanslı siyasəti olsun. Amma ABŞ Azərbaycana göstərdiyi münasibətdən fərqli olaraq, Gürcüstanın bu addımına soyuq münasibət göstərir.


Gürcüstan ABŞ-yə heç bir nifrətinin, heç bir əks münasibətinin olmadığını bildirməyə çalışır. ABŞ siyasətinin isə özünəməxsus çalarları var: "Ya ağ, ya da qara. Ya mənim dostumsan, ya da mənim düşmənim".


Gürcüstan Baş Naziri Kobaxidzenin ABŞ ilə əlaqələri yaxşılaşdırmaq istəyinin səbəbləri isə köhnə səbəblərdir. ABŞ-nin təxminən 20 təhlükəsizlik qurumu var. Gürcüstanda isə, xüsusilə də, son seçkilərdən sonra antigürcü lobbilər xeyli fəallaşıblar və istəyirlər ki, Gürcüstan hökumətini sıxışdırıb, bir çox problemlər yaratsınlar və indiki Kobaxidze hakimiyyətini tamamilə qərbə açsınlar. Lakin bu alınan məsələ deyil.


ABŞ-də oturan antigürcü lobbiləri böyük bir səylə çalışırlar ki, Gürcüstanı mənəvi olaraq sındırıb, öz istəklərinə təslim etsinlər. Lakin nəticədə, yenə də, ABŞ Gürcüstan ilə bağlı siyasətində dəyişikliklər etməyə məcbur qalacaq. Buna görə də, Gürcüstan ABŞ ilə münasibətləri yaxşı saxlamaq istəyir".


Politoloq Tofiq Abbasov həm də Baş Nazir Kobaxidzenin "dərin dövlət" iddiasının nəyə əsaslanaraq bildirdiyini açıqlayıb:


""Dərin dövlət" çalışır ki, Gürcüstanda yeni mənəvi-psixoloji bir ab-hava yaratsın. Ona görə də, həmin o təşkilatların artıq özlərinəməxsus xualinsaları yaranır. "Dərin dövlət" dedikdə isə, bura bəzi rəsmi siyasətçilər, konqresmenlər, senatorlar, administrasiyasının fəalları, beyin mərkəzləri və təhlükəsizlik qurumları daxildir. Onlar özünəməxsus bir konsolsus yaradırlar ki, Maldova, Azərbaycan, Gürcüstan və digər ölkələr ilə bağlı alternativ layihələri işləsinlər və bu, sözün əsl mənasında üzdə olmayan layihələrdir və onlar çalışırlar ki, bu layihələri üzə çıxarsınlar. Gürcüstanda da müxtəlif təşkilatlar müxtəlif mənbələrdən bütün bunlardan xəbərdardır və çalışırlar ki, ölkələrini layiqincə qoruya bilsinlər".


Piranə Xasiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər