00:00:00
Yazar
Admin User
23.12.2025 09:20 91 1 dəq oxuma
Dünya

Gürcüstanın daxili işlər naziri Türkiyədə rəsmi səfərdədir

Gürcüstanın daxili işlər naziri Türkiyədə rəsmi səfərdədir

Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Respublikasında rəsmi səfərdədir.

 

“İnformator.az” ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gürcüstan nümayəndə heyətini Türkiyənin daxili işlər naziri Əli Yerlikaya qəbul edib.

 

Səfər çərçivəsində Geka Geladze türkiyəli həmkarı ilə ikitərəfli görüş keçirəcək. Görüş zamanı Gürcüstan və Türkiyə arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlıq, tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq.

 

Bundan əlavə, Gürcüstanın daxili işlər naziri Türkiyə Daxili İşlər Nazirliyinin polis bölmələrinə baş çəkəcək, onların fəaliyyət xüsusiyyətləri və mövcud infrastrukturu ilə yerində tanış olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər