Google-un süni intellektli çatbotu Avropada bloklanıb
Google-un ana şirkəti Alphabet süni intellekt ChatGPT chatbotuna rəqib ola biləcək "Bard" adlı texnologiyasını təqdim edib. Bununla belə, yeni proqram təminatı bir müddət Avropa İttifaqında aktiv olmayacaq.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Bard fəaliyyətə başladığı gündən Avropa İttifaqında böyük maneələrlə üzləşib. Bu səbəbdən Google yeni qaydalara əməl etmək üçün Bardın Avropa İttifaqına daxil olmasını gecikdirib.
Avropa İttifaqı Komissiyası Bard-ın istifadəçilərin məxfiliyini necə qoruyacağı ilə bağlı Google-dan kifayət qədər məlumat almadıqlarını bildirib.
