00:00:00
Yazar
Güllər Gülhüseynova
25.06.2026 23:20 18 1 dəq oxuma
Dünya

Göyərtəsində İsrail Prezidentinin olduğu helikopter təcili eniş edib

Göyərtəsində İsrail Prezidentinin olduğu helikopter təcili eniş edib

İsrail Müdafiə Ordusunun göyərtəsində ölkə Prezidenti İshaq Hersoqun olduğu helikopter plandankənar eniş etmək məcburiyyətində qalıb.

 

"İnformator.az" İsrail mediasına istinadən xəbər verir ki, hadisəyə hava gəmisinin quşla toqquşması səbəb olub.

 

Məlumata görə, hadisə axşam saatlarında, Hersoq "Sarsılmaz qaya" əməliyyatının 12-ci ildönümünə həsr olunmuş mərasimdən qayıdarkən baş verib. Nasazlıq aşkar edildikdən sonra heyət helikopteri İsrail Müdafiə Ordusunun bazalarından birinə endirmək qərarına gəlib.

 

İsrail Prezidenti xəsarət almayıb. Daha sonra o, başqa helikopterə keçərək həlak olmuş hərbçinin ailəsigilə planlaşdırılmış səfərini davam etdirib.

#göyərtəsində #xəbər #olduğu #təcili #prezidentinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər