00:00:00
Yazar
Zəri Bayramlı
15.10.2026 21:34 38 1 dəq oxuma
Maraqlı

Həşəratlar göründüklərindən daha həssasdırlar

Həşəratlar göründüklərindən daha həssasdırlar

Onilliklər ərzində həşəratların hisslərə malik olması fikri qeyri-ciddi və hətta gülünc hesab edilib. Lakin sübutların artması ilə alimlər bu məsələyə münasibətlərini sürətlə dəyişirlər.


 

2014-cü ilin mülayim payız günlərinin birində Devid Reynolds mühüm bir iclasda çıxış etmək üçün ayağa qalxıb. İclas Çikaqo Şəhər İcra Hakimiyyətinin binasında keçirilib. Möhtəşəm memarlığı ilə seçilən binanın mərmər pilləkənləri, 23 metr hündürlüyündə klassik sütunları və tağlı tavanları var.

 

Şəhərin ictimai binalarında zərərvericilərə qarşı mübarizəyə cavabdeh olan Reynolds illik büdcəni müzakirə etmək üçün iclasda iştirak edibi. Lakin çıxışına başladıqdan qısa müddət sonra divarlardan birində gözlənilməz bir “qonaq” peyda olub. Bu, parlaq qara bədəni ağ divarda aydın görünən, iri gövdəli bir tarakan idi.

Tarakan heç nədən çəkinmədən divar boyunca hərəkət edib. Onun bu cür rahat irəliləməsi sanki çıxış edən şəxslə əylənirmiş kimi təəssürat yaradıb.

 

Pənahova Şəbnəm

#daha #yeni #həşəratlar #baki #göründüklərindən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər