Həvəskar balıq ovuna yaşıl işıq: Qadağa bu gündən başa çatır
Bu gündən həvəskar balıq ovuna qoyulan qadağa başa çatır.
Mövzu ilə bağlı balıq ovunun təşkili şöbəsinin müdiri Yaqub İbrahimli “İnformator.az”a açıqlamasında bildirib ki, Bu gündən Xəzər dənizi və əlaqəli su hövzələrində həvəskar balıq ovuna qoyulan qadağa başa çatır:
“Bu gündən etibarən ölkə ərazisində Xəzər dənizində, Xəzərə tökülən çaylarda, eləcə də Kür və Araz çayları ilə əlaqəli bütün su hövzələrində idman və həvəskar balıq ovuna qoyulan qadağa başa çatır. Artıq balıqçılar qeyd olunan ərazilərdə tilov vasitəsilə sərbəst balıq ovu ilə məşğul ola bilərlər”.
Yaqub İbrahimli qeyd edib ki, Sənaye balıq ovuna qoyulan qadağa isə sentyabrın 1-dək qüvvədə qalır:
“Qeyd edək ki, idman və həvəskar balıq ovunun aparılması qaydaları Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə tənzimlənir. Balıqçılara həmin qaydalara əməl etmək tövsiyə olunur. Bununla yanaşı, sənaye balıq ovuna tətbiq edilən qadağa qüvvədə qalır. Qadağa sentyabrın 1-dək davam edəcək. Sentyabrın 1-dən etibarən sənaye balıq ovuna qoyulan qadağa da başa çatacaq”.
Aydan Əsgərxanlı