00:00:00
Yazar
Admin User
23.05.2023 18:23 263 1 dəq oxuma
Dünya

Harrinin ödənişli polis qoruması tələbi rədd edildi

Harrinin ödənişli polis qoruması tələbi rədd edildi

Ali Məhkəmə Şahzadə Harrinin Böyük Britaniyada olduğu müddətdə xüsusi polis mühafizəsi üçün ödəniş etmək təklifini rədd edib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, Harrinin tələbi Ali Məhkəmənin ötən həftə keçirdiyi bir iclasında rədd cavabı ilə qarşılanıb. Daxili İşlər Nazirliyinin vəkilləri imkanlı şəxslərin şəxsi pul ödəyərək polisdən müdafiə tələb etməsinə qarşı olduqlarını ifadə edib. 

 

Qərardan sonra Şahzadənin vəkilləri təklifin rədd edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, Daxili İşlər Nazirliyi qərarın dəyişmə ehtimalının olmadığını bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda Nyu Yorkda Harri və Meqanın olduğu avtomobil jurnalistlər tərəfindən təhlükəli təqibə məruz qalıb. 

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər