Hesabat: KOVİD-19-un Çindəki laboratoriyadan çıxdığına dair birbaşa sübut yoxdur
ABŞ-da dərc edilən yeni kəşfiyyat hesabatında KOVİD-19 virusunun Çindəki Wuhan Virologiya İnstitutundan (WVI) sızdığına dair birbaşa sübut olmadığı bildirilib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Müdirliyinin (ODNI) hazırladığı hesabatda virusun laboratoriya sızması olub-olmadığına dair şübhələrin istisna oluna bilməyəcəyi, amma epidemiyanın mənşəyinin hələ aşkar edilmədiyi bildirilib.
Hesabatda WVI-da aparılan tədqiqatlar 2002-2003-cü illərdə ağır kəskin respirator sindrom (SARS) epidemiyasının səbəblərinin araşdırılması üçün heyvanlar üzərində fərqli təcrübələr aparıb. Amma KOVİD-19-un səbəblərinin aşkarlanması üçün heç bir araşdırılmanın gerçəkləşdirilimədiyi bildirilib.
Sonda qeyd etmək lazımdır ki, koronavirusun ümumdünya pandemiya elan edildiyi gündən bəri məsələni araşdıran qurumların demək olar ki, hamısının virusun “genetik şəkildə təşkil edilmədiyi” fikrində olduğu sözügedən hesabatda ifadə olunub.
