00:00:00
Yazar
Admin User
02.09.2025 17:57 120 3 dəq oxuma
Siyasət

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb

 

Mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu“na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a olan açıqlamasında bildirib ki, bu gözlənilən hal idi:

 

“Şanxay Əməkdaşlıq Təşkilatının son iclasında Azərbaycanın təşkilata qəbul olmasına Hindistanın etiraz etməsi gözlənilən bir hal idi.Çox təəssüf ki,Hindistan uzun müddətdir Azərbayacana münasibətdə belə bir mövqe tutur.Bundan əvvəl də Azərbaycan ŞƏT-də müşahidəçi olmaq istəyərkən Hindistan uzun müddət buna mane oldu.Və Azərbaycan hələ də həmin tədbirlərdə dəvət olunmuş qonaq statusunda iştirak edir.Azərbaycan dəfələrlə bildirib ki,bu cür davranış diplomatiya prinsiplərinə ziddir.Son iclasda məhz Hindistanın son addımına görə Pakistan da Ermənistanın təşkilata qəbul olunmasına etiraz etdi.

Buna baxmayaraq, Azərbaycanın tam üzv olmaması onun güc balansına heç bir təsir göstərməyəcək.Çünkü Azərbaycan bölgənin lider dövlətidir.Hindistan Ermənistana keyfiyyətsiz silahlar satmaqda,özü isə Rusiyadan daha yaxşı silahlar almaqda davam edir.

Təbii haldır ki,Azərbaycan ŞƏT-ə üzvü olduğu təqdirdə iqtisadiyyatımızı inkişaf etdirmək,bu təşkilatın potensialından yaxşı istifadə etmək imkanı əldə edir.Ancaq bu olmadan da ŞƏT-ə daxil olan ölkələrin əksəriyyəti ilə normal iqtisadi əlaqələrimiz mövcuddur.Və Hindistanın bu davranışı ölkəmizə ciddi təsir göstərməyəcək.

Bu qərarda da təbii ki,həlledici rolu Azərbaycan-Pakistan dostluq münasibətləri oynayır".

 

Politoloq Azərbaycan-Hindistan münasibətlərinin normallaşmasına hansı amillərin mane olduğunu da vurğulayıb:

 

"Təəssüf ki,bu gün Hindistanda hakimiyyətdə olan qüvvələr və Hindistanın lideri bir çox məsələlərdə bu cür davranış sərgiləyir və bu da Azərbaycan-Hindistan münasibətlərinin normallaşmasına maneə olur.

Pakistan həmişə Azərbaycana dəstək vermiş dövlətdir.Bu günə qədər Ermənistanda səfirlik açmayan və onunla münasibət qurmayan dövlətdir.Və biz də Pakistanın bizə olan münasibətinə cavab olaraq həmişə ona dəstək verməyə çalışmışıq,Pakistanın mövqeyinin ədalətli olduğunu demişik.Xüsusi ilə də Kəşmir məsələsində.Bunlar da Hindistana xoş gəlməyib,buna görə də belə aqressiv davranışlar sərgiləyib.

Hindistanın belə davranışı təşkilatın gələcək fəaliyyətinə mütləq təsir göstərəcək.Çünkü Azərbaycan istər dünya üçün,istərsə də ŞƏT-ə daxil olan ölkələr üçün də mühüm əhəmiyyətə malik olan dövlətdir.Burdan şimal-cənub Beynəlxalq Nəqliyyat Dəhlizi keçir.Və Zəngəzur dəhlizinin işə düşməsindən sonra uzun illər İranın həmin Beynəlxalq Nəqliyyat Dəhlizində yaratdığı problemlərin həll olunması imkanı yaranır.Eyni zamanda şərq-qərb Beynəlxalq Nəqliyyat Dəhlizi də Azərbaycandan keçir və onun imkanlarından daha səmərəli istifadə etmək,Azərbaycanın enerji sahəsində olan imkanlarından faydalanmaq mümkündür.Çox təəssüf ki,Hindistanın mövqeyi bu işlərə maneə olur,ancaq elə ciddi təsir göstərmək imkanına malik deyil.Digər üzv dövlətlər də bu davranışı qəbul etməsələr də razılaşmaq məcburiyyətində qalırlar,çünkü Hindistan hazırda dünyanın ən böyük sürətlə inkişaf edən dövlətlərindən biridir,eyni zamanda əhali sayına görə dünyanın ən böyük dövlətidir.Təbii haldır ki, onunla ŞƏT-ə daxil olan dövlətlər hesablaşırlar,onunla olan münasibətlərini qorumağa çalışırlar.Tək Azərbaycan bu cür böyük dövlətlərə qarşı münasibətdə onların haqsız olduğunu açıq şəkildə söyləmək gücünü özündə hiss edən dövlətdir və təbiidir ki,bizim bu cəsarətli davranışımız bizə müəyyən problemlər də yaradır.Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan həmişə ədalətin tərəfində olub,dostlara sadiq olub və bundan sonra da bu siyasət davam etdiriləcək”.

 

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər