Hindistanda göydən qurd yağdı
Hindistanın Nepalla sərhədindəki Bihar əyalətində baş verən hadisə hər kəsi heyrətləndirib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistanda baş verən hadisədə göydən qurdlar yağdığı görülüb. Görüntülərdə göydən qurdlar yağdığını iddia edən insanlar böyük çaxnaşma yaşayıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, səlahiyyətlilər insanlara çətirdən istifadə etməyi məsləhət görüb.
