Hindistanda qatar qəzası baş verdi: ölənlər var
Hindistanın Blasore şəhərində sərnişin qatarı relsdən çıxıb, azı 50 nəfər ölüb, 300 nəfər yaralanıb.
İnformator.az Hindustan times-a istinadən xəbər verir ki, Balasore bölgəsində Coromandel Express markalı sərnişin qatarı yük qatarı ilə toqquşub. Verilən ilkin məlumata görə qəzada 50 nəfər həyatını itirib, 300-dən çox adam yaralanıb.
Qeyd edək ki, yaralılardan 179-u xəstəxanaya yerləşdirilib, qatarda sıxışmış 600-dən çox sərnişinin təxliyəsi üçün işlərin davam etdirilir.
