00:00:00
Yazar
Admin User
02.09.2025 17:34 107 1 dəq oxuma
Siyasət

Hindistanın addımları Azərbaycanın mövqeyinə təsir etmir

Hindistanın addımları Azərbaycanın mövqeyinə təsir etmir

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda ölkəmizdən qisas almağa çalışır. Dövlət başçısı vurğulayıb ki, bu cəhdlərin Azərbaycan üçün heç bir önəmi yoxdur və qardaşlıq münasibətləri hər şeydən üstündür.

 

Mövzu ilə bağlı açıqlamasında politoloq Əziz Əlibəyli "İnformator.az"a bildirib ki, Hindistandır, Ermənistandır, Fransadır, bəlli bir mövqeləri var:

 

"Azərbaycana qarşı və Hindistanın beynəlxalq təşkilatlarda bizə qarşı addım atması mümkündür, müəyyən qətnamələrlə bağlı. Amma unutmaq lazım deyil ki, ilk növbədə Azərbaycan qlobal aləmdə tək deyil. Paralel olaraq Azərbaycanın çox güclü beynəlxalq imici var. Beynəlxalq təşkilatlarda müzakirələrə çıxarılsa belə, Azərbaycan orada azlıqda qalmayacaq.

 

Əksinə, Azərbaycan–Pakistan münasibətlərinin iki önəmli sahə aspekti var. Bunun biri hərbi, digəri hərbi-sənaye əməkdaşlığıdır. Üçüncü mərhələdə təbii ki, iqtisadi və turizm münasibətləri gəlir. Amma o da özünün üst həddində deyil, hələ ki, potensial həddini yaşamayıb.

 

Regionda siyasi münasibətlərə, Ermənistanın baş nazirinin açıqlamaları Azərbaycanın mövqeyinə üst-üstə düşür və hesab edirəm ki, bu getdikcə bizə imkan verməlidir. Məsələn, İsrailə, Hindistana bu kimi ölkələrə Azərbaycan və Ermənistan birgə cavab versin".

 

Nigar Xəlilli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər