00:00:00
Yazar
Asiman Vəliyeva
11.04.2026 21:37 12 1 dəq oxuma
Siyasət

Hizbullah Livan hökumətinin İsrail ilə danışıqlara getməsinə qarşı çıxıb

Hizbullah Livan hökumətinin İsrail ilə danışıqlara getməsinə qarşı çıxıb

Livan hökumətinin İsrail ilə sülh danışıqlarına başlamaq qərarı milli birliyi sarsıdır. 

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bunu şiə təşkilatı Hizbullahdan olan parlament üzvü Həsən Fədlallah bildirib.


Siyasətçi qeyd edib ki, Hizbullah hakimiyyətin İsraillə birbaşa danışıqlara razılaşmasını pisləyir: "Bu konstitusiyanın kobud şəkildə pozulmasıdır və daxili nifaq yaradır. Livanın indi İsrail təcavüzünə müqavimət göstərmək üçün həmrəyliyə və xalqın müqavimət qüvvələri ətrafında birləşməsinə ehtiyacı var".

Məlumata görə, ABŞ-nin himayəsi altında 14 apreldə Vaşinqtonda Livan-İsrail görüşünün ilkin mərhələsi keçiriləcək. Bu görüşdə atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş sülh danışıqlarının başlama tarixi müəyyən ediləcək. Nümayəndə heyətlərinə Livan və İsrailin ABŞ-dakı səfirləri rəhbərlik edəcək.

#gündəm #getməsinə #baki #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər