HƏM TƏHSİL ALAN, HƏM ÇALIŞAN TƏLƏBƏLƏRİMİZ!
Universitet oxumaqla kifayətlənməyən, çalışaraq ailələrinə dəstək olan, öz ehtiyaclarını ödəyən tələbələrimizin sayı az deyil. Çalışmaq gənc yaşda tələbələrimizə öz ayaqları üzərində durmağı öyrətsə də, çoxu bu işi məcburiyyətdən edir, çünki onların ödəməli olduğu təhsil haqları, kirayə pulu və s. var.
Tələbə olmasına baxmayaraq çalışan, ailəsinə dəstək olan Bakı Qızlar Universitetinin tələbəsi Aysu Əbdürrəhmanova bu işi sevdiyini deyir.
Aysu "Alo dayə" şirkətində "oyun dostu" kimi çalışır. Burada uşaqlara intellektual oyunlar öyrətməklə yanaşı, həmçinin, özü də işləyərək əylənməyi bacarır. Aysu deyir ki, təhsilim ödənişli olsa da bunu ailəm qarşılayır, mən qazandığım məbləğlə kirayə pulunu, öz ehtiyaclarımı qarşılayıram.
Gənc yaşda pul qazanmağa məcbur olan digər tələbəmiz Natiq Həsənovdur. Natiq ödənişli təhsil aldığı üçün ailəsi maddi çətinlik çəkir. Marketdə satıcılıq etməyə məcbur olan Natiq bu işi sevmədiyini, məcburiyyətdən etdiyini deyir: "Ailəmin imkanı yaxşı olsaydı, satıcı işləməzdim. Tək işim dərslərimə adaptasiya olmaq olardı. Təəssüf ki, ailəm təhsil haqqımı ödəyir, mən isə çalışaraq öz ehtiyaclarımı qarşılayıram". Natiq bunun müvəqqəti çətinlik olduğunu deyir, universiteti bitirdikdən sonra öz sahəsi üzrə mütəxəssis olacağını, o zaman işini sevərək edecəyinə söz verir.
ÇİNARƏ MURADOVA
