HƏMAS heyəti danışıqlar üçün Qahirəyə getdi
HƏMAS Hərəkatından bir heyətin, Qəzzəyə edilən İsrail hücumlarının dayandırılması məqsədilə danışıqlar aparmaq üçün Qahirəyə getdiyi bildirilib.
HƏMAS Telegram səhifəsində yaydığı açıqlamada, Xəlil Hayyə başçılığındakı heyətin Misir və Qətərli vasitəçi rəsmilərlə görüşmək üçün Qahirəyə getdiyini bildirib. Açıqlamada Fələstin xalqına qarşı davam edən sionist təcavüzün dayandırılması üçün danışıqlar aparılacağı, qalıcı atəşkəsin təmin olunması, işğalçı qüvvələrin Qəzza zolağından tamamilə çəkilməsi, Fələstin xalqının iztirablarına son verilməsi və ciddi əsir mübadiləsi razılaşmasını təmin edən hər bir təklifə müsbət yanaşdıqları qeyd olunub. İsrail isə 19 yanvarda qüvvəyə minmiş atəşkəsi 18 mart səhəri pozaraq Qəzzəyə şiddətli hücumlara yenidən başlayıb və yeni atəşkəs təkliflərini rədd edərək HƏMAS-a qarşı “artan hərbi güclə” hərəkət edəcəyini bəyan edib. HƏMAS İsrailin verdiyi vədlərə əməl etmədiyini, vasitəçi ölkələrin gözü qarşısında məsuliyyətlərini yerinə yetirməyərək Fələstin xalqına qarşı Qəzzədə soyqırımı yenidən başladığını bildirib. Yenidən başlayan hücumlarda əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət olmaqla 1563 fələstinli həyatını itirib, 4004 nəfər isə yaralanıb.
TRT HABER
Billurə Quliyeva