HƏMAS İsrailin atəşkəs təklifini rədd etti
Həmas, İsrailin son atəşkəs təklifini rədd edərək əvəzində öz şərtlərini təqdim edib. Təşkilat, müharibənin bitməsi və fələstinli məhbusların azad olunması müqabilində bütün girovların azad edilməsinə hazır olduğunu bildirib. Baş danışıqçılar Xəlil əl-Həyyə, Netanyahunun siyasi məqsədlərinə xidmət edən qismən razılaşmaları qəbul etməyəcəklərini deyib.
Təklifin rəddindən sonra İsrail ordusu Qəzzədə 40 hədəfi vurduğunu açıqlayıb. El Mavasi bölgəsindəki çadırlara edilən hücumda azı 37 nəfər həlak olub. UNICEF rəhbəri uşaqların çadırlarda yanmasını "sarsıdıcı" adlandırıb.
İsrailin hava zərbələri həmçinin Qəzzadaki son fəaliyyət göstərən xəstəxananın bir hissəsini dağıdıb. ÜST vəziyyəti "ağır" qiymətləndirib. Müdafiə naziri Qəzzədə əməliyyatların genişlənəcəyini və təhlükəsizlik zonasının yaradılacağını bildirib.
Mənbə: BBC News
Camal Şükürov