00:00:00
Yazar
Admin User
05.07.2023 18:24 380 2 dəq oxuma
Dünya

Hollandiyada icazəsiz çılpaq şəkillərin paylaşılması cinayət hesab ediləcək

Hollandiyada icazəsiz çılpaq şəkillərin paylaşılması cinayət hesab ediləcək

Hollandiyada şəxsin razılığı olmadan çılpaq şəkillərin yayımlanması, həmçinin “seksual xarakterli materiallardan sui-istifadə” cinayət məsuliyyətinə cəlb ediləcək. Yeni hüquqi tənzimləmə ilə məcburiyyət olub-olmamasından asılı olmayaraq, razılıq olmadan cinsi əlaqə də zorlama sayılacaq.

 

İnformator.az BBC-yə istinadən əbər verir ki, Hollandiya Nümayəndələr Palatası böyük səs çoxluğu ilə Cinsi Münaqişələrə dair Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni qanunla qarşılıqlı razılıq olmadan cinsi əlaqə cinayət sayılacaq. Təcavüz və ya cinsi təcavüz hallarında indi qarşılıqlı razılığın olub-olmadığı yoxlanılacaq.

 

Belə hallarda qurbanın artıq məcburiyyət, zorakılıq və ya hədə-qorxuların olduğunu sübut etməsinə ehtiyac qalmayacaq.  Yeni qanuni tənzimləmə ilə cinsi məzmunlu şəkillərdən sui-istifadə məlumat sahibinin məxfiliyinə təsir etdiyi üçün "ictimai qaydaya qarşı cinayət" kimi qəbul edilib.

 

Parlamentdə əksəriyyət şəxsin razılığı olmadan çılpaq görüntülərin dərc edilməsini və ya paylaşılmasını şəxsin cinsi və mənəvi bütövlüyünə, ictimai asayişə mənfi təsir göstərən “seksual cinayət” kimi qəbul edib. Yeni qanun cinsi cinayətlərin qurbanlarını daha çox müdafiə edir.

 

Yeni qanuna görə seksual cinayətlərlə xüsusi təlim keçmiş polis qrupları məşğul olacaq. Zərərçəkmişlər cinsi cinayətlər üzrə ixtisaslaşmış vəkillərdən də kömək ala biləcəklər. Sözügedən qanun Senatın təsdiqindən sonra qüvvəyə minəcək.

 

Amnesty International Hollandiya Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini cinsi cinayətlərin qurbanlarının qələbəsi kimi qiymətləndirib. Təşkilatın fikrincə, köhnəlmiş və insan hüquqlarına zidd olan, xüsusilə zorlama və cinsi təcavüzlə bağlı maddələrin dəyişdirilməsi cinsi zorakılıqla mübarizə və zorakılıq qurbanları üçün mühüm addımdır. Amnesty İnternational-ın Hollandiya üzrə direktoru Daqmar Oudşorn deyib: “Biz Assambleyanın gender bərabərliyi və könüllülüyə diqqət yetirmək üçün bu addımından çox məmnunuq”.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər