Honduras həbsxanasındakı iğtişaşda ölü sayı 48-ə çatıb
Hondurasda qadın həbsxanasında baş verən qarşıdurmada ölənlərin sayı 48-ə çatıb.
İnformator.az Posta qəzetinə istinadən xəbər verir ki, ölənlərin əksəriyyətinin yandırıldığı, digərlərinin isə güllələndiyi bildirilib. Honduras prezidenti Xiomara Kastro isə hadisə ilə bağlı Tvitter-dəki paylaşımında sərt tədbirlər görüləcəyini ifadə edib.
Hücum zamanı yaralanan məhbuslardan biri bildirib ki, bir qrup məhbus avtomatlarla 1 saylı həbsxana kamerasına gələrək içəridəkilərə atəş açıb. İğtişaş zamanı yanğının baş verdiyi də görülüb.
Şəbnəm
