00:00:00
Yazar
Nərmin Həşimova
14.07.2026 17:31 28 2 dəq oxuma
Siyasət

“Hörmüz boğazı ilə bağlı məsələlər bir müddət davam edəcək”- ŞƏRH

“Hörmüz boğazı ilə bağlı məsələlər bir müddət davam edəcək”- ŞƏRH

BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, 40 günlük İran-Amerika-İsrail savaşından sonra Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına, xüsusilə də enerji sektoruna ciddi təsir etdi:


“Enerji resurslarının qiymətlərində ciddi dalğalanmalar oldu. Bu da iqtisadiyyata mənfi yöndən təsir edir. İran məhz bu təzyiq alətini əlində saxlamaq üçün bütün variantlardan istifadə etməyə çalışır. Amma nəzərə alsaq ki, Amerika da daxil olmaqla dünyanın əsas gücləri, o cümlədən İranın yaxın müttəfiqi olan Çin Hörmüz boğazında sərbəst gəmiçiliyin, naviqasiyanın vacibliyini qeyd edirlər. Bu ölkələr məhz coğrafiyadan enerji resursları ilə təmin olunduqları üçün bu onlar üçün olduqca vacib bir məqamdır. Düşünürəm ki, bununla bağlı məhz razılaşmaların əldə olunmasından sonra yenidən gərginliyin başlanması məhz İranın bu davranışları ilə bağlıdır. Belə ki, 3 həftə öncə əldə olunan razılaşmaya görə tərəflər, yəni, İran 1 ay müddətində Hörmüz boğazını açaraq müharibədən əvvəlki səviyyəyə qaytarmağı öz öhdəsinə götürüb. Bu anlaşmadan bir neçə gün sonra İran, boğazdan keçən gəmilərə hücumlar təşkil etməyə başladı, bunu Amerika etirazla qarşıladı və hazırda ABŞ Hörmüz boğazında blokada tətbiq etməklə İrana təzyiq edir”.


Politoloq qeyd edib ki, İranın məqsədi Hörmüz boğazını bağlamaq üçün istifadə etdiyi məntəqələri hədəf almaqdadır:

 

“Qısa müddətdə açılması real görünmür. Yəni, bu məsələ o zamana qədər davam edəcək ki, İran tamamilə bu iddialardan əl çəksin və boğazın iş rejimi 28 fevraldan əvvəlki vəziyyətə qayıtsın. Həmin vəziyyətə qayıtması üçün müəyyən problemlər olacaq. Belə ki, artıq Donald Tramp da Amerikanın Hörmüz boğazında həyata keçirdiyi əməliyyatlara görə müəyyən kompensasiyalar istədiyini bəyan edir. Bu da müəyyən əlavə gərginlik yaradır. Ümumiyyətlə, düşünürəm ki, bu boğazda sərbəst naviqasiya təmin olunana qədər dünya iqtisadiyyatında bu cür dalğalanmaları görəcəyik. Gərginliyin azalacağını düşünmürəm, çünki məsələlər köklü şəkildə, birdəfəlik həll olunmadığı üçün biz zaman-zaman sakitləşməni və gərginliyin artmasını müşahidə edəcəyik”.


Nurgün Qənizadə

#Hörmüz #gəmiçilik #qorunması #tərəfdar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər