00:00:00
Yazar
Elmira Ağayeva
14.07.2026 20:54 28 2 dəq oxuma
Sosial

Hotellerin ulduz reytinqi: Qiymətləndirmə necə aparılır?

Hotellerin ulduz reytinqi: Qiymətləndirmə necə aparılır?

 

Hotel seçimi zamanı müştərilərin və turistlərin ilk diqqət yetirdiyi məqamlardan biri hotellərin ulduz reytinqidir. Ulduzların sayı bir növ hotel xidmətinin təsviridir. Dünyada müxtəlif növ hotel ulduz reytinq sistemləri mövcud olsa da, onların əksəriyyəti 1-dən 5-ə qədər ulduzla qiymətləndirilir. Daha çox ulduz, daha yüksək keyfiyyət deməkdir.

 

Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, qiymətləndirmə beynəlxalq meyarlara uyğunlaşdırılmış standartlar əsasında həyata keçirilir:

 

 

"Hotel ulduz sertifikatı almaq üçün əvvəlcə rəsmi müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir. Daha sonra obyekt üzrə gigiyena, təhlükəsizlik, texniki təminat və xidmət keyfiyyəti ilə bağlı ilkin qiymətləndirmə aparılır. Sertifikatlaşdırma çərçivəsində müstəqil auditorlar hoteldə yerində yoxlama həyata keçirərək bütün meyarları qiymətləndirirlər. Auditin nəticələri xüsusi komissiya tərəfindən nəzərdən keçirilir və hotelin uyğun olduğu ulduz kateqoriyası müəyyən edilir. Tələblərə cavab verən hotellərə müəyyən müddət üçün ulduz sertifikatı təqdim olunur və sonradan təkrar qiymətləndirmə aparılır. Ulduz qiymətləndirilməsi zamanı otaqların standartları, təmizlik səviyyəsi və texniki təchizat əsas meyarlar sırasındadır. Bununla yanaşı, personalın peşəkarlığı, xidmət keyfiyyəti və qonaq məmnuniyyətinə xüsusi diqqət yetirilir. Hotelin təhlükəsizlik, yanğın mühafizəsi, sanitariya və əlçatanlıq tələblərinə uyğunluğu da qiymətləndirilir. Restoran, konfrans zalı, fitness, SPA və digər əlavə xidmətlərin mövcudluğu ulduz kateqoriyasına təsir göstərən amillərdəndir. Qiymətləndirmə beynəlxalq meyarlara uyğunlaşdırılmış standartlar əsasında həyata keçirilir. Azərbaycanda hotellərin ulduz kateqoriyalarının müəyyən edilməsi akkreditə olunmuş Mehmanxanaların Ulduz Kateqoriyaları üzrə Sertifikatlaşdırma tərəfindən həyata keçirilir. Bu sistem Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının əməkdaşlığı çərçivəsində tətbiq olunur. Qiymətləndirmə prosesi Dövlət Turizm Agentliyinin təsdiq etdiyi meyarlar və standartlara uyğun şəkildə tənzimlənir. Qanunvericiliyə əsasən, ölkədə fəaliyyətə başlayan hotellər müəyyən edilmiş müddət ərzində ulduz kateqoriyası almalıdırlar. Bu yanaşı, hotel xidmətlərinin keyfiyyətinin artırılmasına, şəffaflığın təmin edilməsinə və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir".

 

Samirə Allahverdizadə

#Hotel #qiymətləndirmə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər