00:00:00
Yazar
Admin User
20.06.2023 15:05 360 1 dəq oxuma
Dünya

Hərbi helikopter qəzaya uğradı : 2 ordu üzvü itkin düşdü

Hərbi helikopter qəzaya uğradı : 2 ordu üzvü itkin düşdü

Kanadada Ottava çayı yaxınlığında qəzaya uğrayan hərbi helikopterdə olan 4 ordu mənsubundan 2-nin itkin düşdüyü açıqlanıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Kanada Hərbi Hava Qüvvələrindən 4 nəfərin qəzaya uğrayan hərbi helikopterdə təlim məqsədi ilə olduğu bildirilib. Qəzadan sonra 2 nəfərin tapıldığı deyilsə də, digər 2 nəfərin hələ də itkin düşdüyü bildirilib.

 

Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo sosial media hesabından verdiyi açıqlamada axtarış-xilasetmə işlərinin davam etdiyini bildirərək itkin düşənlərin bir an əvvəl tapılmasını, yaralıların isə tez sağalmasına ümid edib.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər