00:00:00
Yazar
Hüseynova Mələk
23.06.2026 19:34 25 1 dəq oxuma
Dünya

İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib

İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının Baş Komitəsinin 27-ci sessiyası keçirilib.


“İnformator.az” "Report"a istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini, İƏT Pİ-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov tədbirə sədrlik edib.

 

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İƏT olub.

Daha sonra çıxış edən İƏT Pİ-nin baş katibi Muhammed Xurayçi Niyass təşkilat çərçivəsində əməkdaşlığın, dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayıb.

Sonra gündəliyin məsələləri müzakirə olunub.

Əvvəlcə bir sıra təşkilati məsələlərə baxılıb. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov komitənin məruzəçisi seçilib.

Daha sonra sessiyanın gündəliyi və iş proqramı təsdiqlənib. Baş katibin hesabatı, İcraiyyə Komitəsi iclaslarının hesabatları dinlənilib və qəbul edilib. İclasda təşkilatın 2025-ci il üzrə maliyyə hesabatı da qəbul olunub, eləcə də növbəti il üçün büdcə layihələrinə baxılıb.

İclasda təşkilati məsələlər çərçivəsində İƏT Pİ Konfransının 20-ci sessiyasının yenilənmiş gündəliyinin layihəsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bununla da İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının ikinci günü başa çatıb.

#İƏT #sessiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər