İbrahim Kalın HƏMAS nümayəndələri ilə görüşüb
Türkiyənin Milli İstehbarat Təşkilatının rəisi İbrahim Kalın və Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti arasında görüş baş tutub.
"İnformator.az" xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.
İstanbulda keçirilən görüşdə İsrail ilə HƏMAS arasında olan atəşkəs və Qəzzadakı durum müzakirə edilib. Həmçinin, görüşdə Qəzza üzrə sülh planının ikinci mərhələsin və humanitar yardımlara dair fikir mübadiləsi aparılıb.
