İki milyarda yaxın insana təsir edəcək iqlim dəyişikliyi
Himalay buzlaqlarının 2010-cu ildən bəri əvvəlki onillikdən 65 faiz daha sürətli əridiyi aşkar edilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Nepalda yerləşən İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin dərc etdiyi hesabatda iqlim dəyişikliyinin Hindukuş Himalaya dağlarındakı buzlaqlara təsiri araşdırılıb.
Araşdırmaya görə, görünməmiş sürətlə əridiyi bildirilən buzlaqlar Çin, Hindistan və Pakistan da daxil olmaqla 16 ölkədə 2 milyarda yaxın insanı şirin su ilə təmin edən 12 çayı qidalandırır. Araşdırmada iştirak edən miqrasiya üzrə ekspert Əminə Maharcan deyib ki, qlobal istiləşməyə heç bir töhfəsi olmayan bu insanlar iqlim dəyişikliyi səbəbindən yüksək risk altındadırlar.
Qeyd edək ki, qarşıdakı illərdə daşqın və qar uçqunları artacaq və bu vəziyyət Himalay bölgəsində yaşayan 240 milyon, Hindistan, Pakistan, Çin və digər ölkələrdə isə 1 milyard 650 milyon insanın suya əlçatımlılığına mənfi təsir göstərə bilər.
