İki təyyarə havada toqquşmadan çətinliklə yayınıb
Kürasaodan Nyu-Yorka uçan JetBlue şirkətinə məxsus 1112 nömrəli reys ABŞ Hərbi Hava Qüvvələrinə aid yanacaq dolduran təyyarə ilə havada az qala toqquşacaqdı. Pilot təhlükəni görərək enişi dayandırıb.
Radio rabitəsinə görə, hərbi təyyarənin transponderi söndürülmüş vəziyyətdə olub və JetBlue təyyarəsinin uçuş trayektoriyasını kəsib. Daha sonra həmin təyyarənin Venesuela hava məkanına yönəldiyi Bildirilib. JetBlue hadisənin federal qurumlara bildirildiyini açıqlayıb. ABŞ Hərbi Hava Qüvvələri isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
TRT XƏBƏR
Ləman Mahmudlu
