00:00:00
Yazar
Admin User
12.03.2025 18:13 329 1 dəq oxuma
İdman

İki əzəli rəqib Arda Güler üçün hərəkətə keçdi!

İki əzəli rəqib Arda Güler üçün hərəkətə keçdi!

İspaniya La Liqa təmsilçisi “Real Madrid” in futbolçusu Arda Güler haqqında diqqətçəkən transfer xəbərləri gəlməyə davam edir.

 

İspaniyanın “Diario Sport” nəşrinin məlumatına görə, Arda Güler oyun şansı tapmaqda çətinlik çəkməyə davam etdiyi üçün “Real Madrid” dən ayrılmaq istəyir.
Eyni xəbərdə bildirilib ki, gənc futbolçu üçün İtaliya A Seriyasının nəhəng klubları – “İnter” və “Milan “hərəkətə keçib.
İki əzəli rəqibin yay transfer dövründə Arda Güleri heyətlərinə qatmaq üçün işlərə başlayacağı qeyd olunub.
20 yaşlı futbolçu bu mövsüm “Real Madrid“ forması ilə 29 rəsmi matçda 3 qol və 5 asist edib.

 

 

Mənbə: beinsports
Aytac Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər