00:00:00
Yazar
Səadət Əlizadə
16.03.2026 18:40 14 1 dəq oxuma
Dünya

İlber Ortaylı son mənzilə yola salınıb

İlber Ortaylı son mənzilə yola salınıb

İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən tarixçi və yazıçı İlber Ortaylı, Fatih Camii-də keçirilən cənazə mərasimindən sonra son mənzilə yola salınıb. İlber Ortaylı üçün ilk mərasim uzun illər çalışdığı Galatasaray Üniversitesi-də təşkil olunub.

 

Mərasimdən sonra İlber Ortaylının Türkiyə bayrağına bükülən cənazəsi sevənlərinin çiyinlərində caminin həyətinə gətirilib.

 

Mərasimdə onun qızı Tuna Ortaylı başsağlıqlarını qəbul edib. Tədbirdə həmçinin, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, TBMM sədr müavini Celal Adan, İstanbul valisi Davut Gül, AK Partiya sədr müavini Hüseyin Yayman, AK Partiya sözçüsü Ömer Çelik, Türk Dövlətləri Təşkilatının Aksakallar Şurasının sədri Binali Yıldırım, İYİ Partiya sədri Müsavat Dervişoğlu, AK Partiya İstanbul İl sədri Abdullah Özdemir, Milli Müdafiə Universitetinin rektoru Erhan Afyoncu, tələbələri və akademiklər iştirak ediblər.

#azərbaycan #ortaylı #baki #son
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər