00:00:00
Yazar
Admin User
02.09.2025 14:42 123 3 dəq oxuma
Siyasət

İlham Əliyev Çində "ŞƏT plyus" formatında görüşdə çıxış edib

İlham Əliyev Çində "ŞƏT plyus" formatında görüşdə çıxış edib

 

Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatı altında görüş olub. Bu formatda İlham Əliyev öz fikirlərini səsləndirib.

 

Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında  bildirib ki, Beynəlxalq Dəniz Limanlarının sayının və orda görülən işlərin miqyasının artması Azərbaycana yeni iqtisadi üstünlüklər vəd edir:

 

"Bu Azərbaycanın xarici ticarət dövriyyəsini həm kəmiyyət, həm də keyfiyyət etibarilə artmasına səbəb olacaq, yeni tərəfdaşlığlarında qapısını aça biləcək qədər ciddi, faydalı nəticələr doğura bilər, ona görə də indi Azərbaycan tərəfi həm Xəzər dənizi vasitəsilə, həm də digər dənizlərə çıxışı olan ölkələrlə əlaqələrini genişləndirməklə həmin ölkələrin də dəniz limanlarından müəyyən qədər faydalanmağa çalışır ki, bu da ,əlbəttə, müstəsna hal kimi qiymətləndirilməlidir.

Orta Dəhliz vasitəsilə Azərbaycandan keçən marşrut quru yollarla uzanan hazırda ən faydalı marşrut xəttidir.

Beynəlxalq Dəniz Limanlarının sayının və orda görülən işlərinin sayının miqyasının artması Azərbaycana yeni iqtisadi üstünlüklər vəd edir.Bu Azərbaycanın xarici ticarət dövriyyəsini həm kəmiyyət, həm də keyfiyyət etibarilə artmasına səbəb olacaq, yeni tərəfdaşlığlarında qapısını aça biləcək qədər ciddi, faydalı nəticələr doğura bilər, ona görə də indi Azərbaycan tərəfi həm Xəzər dənizi vasitəsilə, həm də digər dənizlərə çıxışı olan ölkələrlə əlaqələrini genişləndirməklə həmin ölkələrində dəniz limanlarından müəyyən qədər faydalanmağa çalışır ki, bu da əlbəttə müstəsna hal kimi qiymətləndirilməlidir".

 

Siyasi şərhçi Həşim Səhrablı Çinə vizasız gediş-gəlişin Azərbaycana təsirlərindən danışıb:

 

"Çinin sürətlə dünyanın 1 nömrəli bazarına doğru çevrildiyi bir vaxtda, Çinin dünya iqtisadiyyatında rolunun, payının artdığı bir vaxtda Çinlə vizasız gediş-gəliş Azərbaycan üçün daha faydalı ola bilər, təbii ki biz bu fürsəti ağıllı dəyərləndirə bilsək, əlbəttə ki, Çində olan texniki inkişaf, iqtisadi inkişaf, eyni zamanda şəhərsalma məsələlərində olan yenilikləri doğru şəkildə görüb, tətbiq edə bilsək, Azərbaycan da qısa zaman ərzində bu üstünlüklərlə Çin qədər olmasa da, dünya bazarında öz yeri olan bir dövlətə çevrilə bilər. Çünki vizasız gediş-gəliş daha çox gediş-gəliş deməkdir,eyni zamanda daha rahat gediş-gəliş deməkdir.

Şimal - cənub, Şərq - qərb dəhlizlərinin açılması üçün indi çox ciddi perspektivləri var, sadəcə burda pozucu müəyyən tərəflər var ki, onların bu pozuculuq əməllərinin qarşısını alsaq əslində marşrutların işlənib açılması üçün çox ideal zəmin formalaşır, çünki bütün tərəflərin burda maraqları var, sadəcə kimlərsə siyasi maraqlarından bu məsələnin daha tez və faydalı şəkildə həll olmasını gecikdirirlər. Şimal - qərb dəhlizinin açılması, Azərbaycandan İrana, ordan Hindistana qədər, yəni okeana çıxacaq qədər perspektivlik vəd edən bir lahiyədir ki, orda hər kəs qazanacaq, və hətta Avropa bazarlarına da Rusiyanın bu işğalçı siyasəti bitdikdən sonra , beynəlxalq hüquqa hörmət qoymasına başlamasından sonra Avropa bazarlarınada şimal-qərb marşrutunun açılması ilə nəticələnə bilər ki, bu qlobal iqtisadiyyatın daha da şaxələnməsi deməkdir. Dünya iqtisadiyyatının bu qədər geniş imkanlarla şaxələnməsi bütün tərəflərin qazanclı çıxdığı məsələ ola bilər, həm də ümumi dünya miqyasında dinc, birgə yaşayışa qapı ola bilər.

Çin həqiqətən də hər baxımdan ciddi uğurlar qazanan ölkədir. Çin bugün süni intellektin əsas mərkəzinə çevrilir, Çin maşınqayırma, kompyüter bazarında, ağıllı cihazlar bazarında və eyni zamanda kənd təsərrüfatı bazarında ciddi uğurlar qazanmış bir ölkədir. Bütün bunların nəticəsində artıq qlobal iqtisadiyyatın önəmli bir parçasına çevrilir, belə olan halda Çin Sakit okeandan olan beynəlxalq sularla dünya bazarlarına çıxmaq üstünlüyünü də çox uğurla istifadə edir, və eyni zamanda bir kəmər, bir yol əlaqəsini ortaya atmaqla artıq qlobal miqyasda ticarətin tətiklənməsində və bunun daha da artıq şaxələnməsində aktiv rola çevrilir, və buna görə də artıq beynəlxalq şirkətlər ki var sərmayə qoymağa marağlıdırlar. Çinin üstünlükləri bununla da bitmir, fərqli bölgələrdə sərmayələr qazanmağ üçün müxtəlif yollardanda istifadə edir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər