İngiltərədə avtomobil məktəbə çırpıldı: Yaralılar var
Londonun Uimbldon şəhərində avtomobil ibtidai məktəbə çırpılıb. Polis yaralıların olduğu açıqlayıb.
İnformator.az CNN Türk-ə əsasən xəbər verir ki, hadisə Uimbldon bölgəsindəki Kamp küçəsində baş verib. Polis avtomobilin küçənin aşağısında yerləşən ibtidai məktəbə çırpıldığını bildirib. Merton Rayon Polis Şöbəsindən verilən açıqlamaya görə, hadisə yerində yaralanan bir neçə nəfərin müalicəsi davam etdirildiyini və baş verənləri paylaşacaqlarını qeyd ediblər. Digər tərəfdən, hadisə yerinə London yanğınsöndürmə briqadası və London təcili yardım xidmətinin də gəldiyi bildirilib.
Merton Polis İdarəsi verdiyi açıqlamada “Biz bu hadisəni terrorla əlaqəli hesab etmirik. Nə baş verdiyini tam anlamaq üçün araşdırma aparılır”, - deyə qeyd edib.
Fatimə Mustafayeva
